Sülh üçün Ermənistan işğal etdiyi ərazilərdən dərhal çıxmalıdır - Çavuşoğlu

12:40 30.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan beynəlxalq hüquqa məhəl qoymur.

Hafta.az-ın məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə hər zaman bütün variantlarda Azərbaycana yardım göstərməyə hazırdır:

"Dağlıq Qarabağ münaqişəsi 30 ildir ki, öz həllini tapmır, indiyə kimi müxtəlif təkliflər olsa da, bu məsələ həll edilməyib. BMT qətnamələri yerinə yetirilməlidir. Təəssüflər ki, bu qətnamələrin heç birinə məhəl qoyulmur. Məhz bu səbəbdən də Azərbaycan öz torpaqlarını özü azad etmək istəyir.

M.Çavuşoğlu bildirib ki, Azərbaycan başqa ərazidə deyil, öz ərazisində mübarizə aparır: "Buna görə də Azərbaycan və Ermənistana eyni münasibətlə yanaşmaq olmaz".

Nazir, guya Türkiyənin Azərbaycana hərbi dəstək göstərməsi ilə bağlı bildirib ki, buna ehtiyac yoxdur və Prezident İlham Əliyev də bunu qeyd edib: "Həqiqətən də Azərbaycanın buna ehtiyacı yoxdur. Əksinə olaraq Ermənistan başqa ölkələrdən dəstək alaraq Azərbaycana qarşı hərbi təxribat həyata keçririr.

Dünya ictimaiyyəti Azərbaycanın narazılığını Türkiyə onları başa düşdüyü kimi başa düşməlidir. Ermənistan məlum olduğu kimi işğalçı siyasətini davam etdirir və bununla yanaşı Yaxın Şərqdən gətirdiyi erməniləri münaqişəyə cəlb edir. Münaqişənin həll olunmaması Ermənistanın marağındadır. Təəssüflər olsun ki, qərb ölkələrinin bir çoxu dolayı yolla onu dəstəkləyirlər.

Bir şeyi də qeyd edim ki, bölgədə sülhün olması üçün, ilk növbədə atəşkəs elan olunmalı və Ermənistan işğal etdiyi ərazilərdən dərhal çıxmalıdır. Ermənistanın münaqişəni diplomatik yolla həll etmək istəyi yoxdur.

Türkiyə və Azərbaycan rəsmiləri davamlı olaraq bölgədəki vəziyyətlə bağlı əlaqə saxlayırlar".

Oxunma sayı 109
Siyasət rubrikasından digər xəbərlər