“Sumqayıt – 70” çərçivəsində  tədbir keçirilib

18:54 30.08.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

“Sumqayıt – 70” çərçivəsində  Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və N.Gəncəvi adına  Kitabxana – klubun birgə təşkilatçılığı ilə “Üç şairlə bir görüş” adlı tədbir keçirilib. Tədbiri N.Gəncəvi adına Kitabxana- klubun müdiri Zərnigar Babayeva açaraq şəhərimizin 70 illiyi çərçivəsində keçirilən silsilə tədbirlərin əhəmiyyətindən danışıb.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin  Azərbaycan Raspubliksının Prezidenti cənab İlham Əliyevin ədəbiyyatla bağlı verdiyi sərəncamlardan və şəhərdə gedən irimiqyaslı abadlıq - quruculuq işlərindən  söz açıb.Natiq  qeyd edib ki, indi ölkəmizin hər yerində ölkə başçısının sərəncamlardan irəli gələn genişmiqyaslı tədbirlər həyata keçirilir. Bütün bunların ölkə rəhbərinin sənətə, sənət adamına,ədəbiyyata, sözə, söz adamlarına göstərdiyi diqqət və qayğının nəticəsidir.

“Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin Sumqayıt təmsilçisi,   Məhluqə Xələfova  görülən belə xeyirxah işlərin valideyinini itirmiş uşaqlqrın mənəvi cəhətdən inkişafında çox böyük rol oynağını vurğulayıb.

Sonra söz şairlərə verilib.AUB-nin üzbü olan hər üç şair- Mövlam Hüseynli,Məmmədyar Məmmədyarlı və Ruzigar Cəbisoy Çələbi həyat və yaradacılıqları haqqında məlumat verərək,yeni şeirlərni oxuyublar.

Kitabxana- klubun Baş kitabxanaçısı Səadət Allahverdiyeva  iştirakçılara  təşəkkürünü bildirərək qeyd edib ki, Sumqayıtın 70 illiyi ərəfəsində keçirilən  tədbirlər şəhərin yubileyinə bir tövhədir.