Sumqayıt sakini öz avtomobilində ölü vəziyyətdə tapılıb

20:35 19.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt sakini öz avtomobilində ölmüş vəziyyətdə tapılıb.

Hafta.az-ın "Report"-a istinadən məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayonu ərazisində baş verib.

Belə ki, 1956-cı il təvəllüdlü Nuriyev Aqil İsa oğlu şəxsi avtomobilində ölü halda tapılıb. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verib

Faktla bağlı araşdırma aparılır.