Sumqayıt sakinindən tapança götürülüb

13:41 14.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini A.Məhərrəmov saxlanılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış revolver tipli tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Oxunma sayı 2453