“Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

21:40 24.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriib.

Hafta.az xəbər verir ki, “Sumqayıt” öz meydanında “Səbail”i sınağa çəkib. 
Oyun qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb.

Daha 2 qarşılaşma sabah keçiriləcək. Paytaxt təmsilçilərinin duelində “Sabah” “Keşlə”ni qəbul edəcək. Avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ” isə ilk ev oyununda “Qəbələ” ilə üz-üzə gələcək.

Tura bazar ertəsi  paytaxt derbisi ilə yekun vurulacaq. “Zirə” və “Neftçi” mövsümdə ilk qələbələrini qazanmaq üçün mübarizə aparacaqlar.

Azərbaycan Premyer Liqası
II tur - 24 avqust

“Sumqayıt” – “Səbail” 0:3
Qollar: A.Ramazanov, 10-pen; 69. Ş.Rəhimov, 51.
"Sumqayıt"ın futbolçusu Əmir Ağayev 90+7-ci dəqiqədə penaltidən yararlana bilməyib - qapıçı