Sumqayıtda 25 yaşlı qız bıçaqlanıb

10:35 21.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda bıçaqlanma hadisəsi olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Nəcəfova Fəridə Mayıl qızı qarın boşluğundan bıçaqlanıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti orta-ağırdır.

Hadisənin təfərrüatları araşdırılır.