Sumqayıtda havaya zəhərli tüstü buraxan xlor istehsalı müəssisəsi - FOTO

11:51 14.08.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhəri yarandığı bu qısa tarix ərzində "zavodlar şəhəri" kimi tanınır. Zavodlar ölkə üçün iqtisadi cəhətdən səmərəli olsa da, müasir qurğular quraşdırılmaması səbəbindən bəziləri ekoloji baxımdan zərərlidir. Belə ki, bu zavodların bəziləri tullantı məhsulları ilə, bəziləri isə kəskin zəhərli tüstü ilə ətrafa ziyanlı təsir göstərirlər. Şahidi olduğumuz “Eska” xlor zavodu da ətrafa hər gün zəhərli tüstü buraxır.

Qeyd edə bilərik ki, bəzi zavodlarda təmizləyici qurğular quraşdırılsa da, sözügedən zavodda isə görünən odur ki, heç bir qurğu quraşdırılmayıb, zəhərli tüstü havaya buraxılır.

Həmin anlardan fotoları təqdim edirik.