Sumqayıtda kəskin iy-qoxunun yayıldığı ərazidə araşdırmalar aparılır

18:56 16.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodu ətrafında havada qeydə alınan kəskin iy-qoxu ilə bağlı daxil olan məlumat əsasında hadisə yerinə gediblər.

Hafta.az Nazirliyə istinadən bildirir ki, kəskin iy-qoxunun yayıldığı ərazidə və ətrafda monitorinq və araşdırmalar aparılır, atmosfer havasından nümunələr götürülür.

Nazirliyin Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib ki, aparılan araşdırmalar və götürülən nümunələr əsasında ətrafa yayılan iy-qoxunun mənşəyi, ətraf mühitə təsirləri barədə rəy veriləcək.

Hazırda araşdırmalar davam etdirilir.