Yazını böyüt
Yazını kiçilt
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Sumqayıt şəhəri ilə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi arasındakı magistralda qeydə alınıb. Piyada - 1988-ci il təvəllüdlü İbrahimov Arzuman Mahmud oğlu “Hyundai” markalı avtomobillə vurulub. Nəticədə A.İbrahimov hadisə yerində ölüb.
Faktla bağlı təhqiqat aparılır.