Sumqayıtda qonşuları tərəfindən döyülən qadın xəstəxanaya yerləşdirildi

12:28 07.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərində döyülmə hadisəsi baş verib.

Hafta.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində iki qonşu arasında düşən mübahisə dava ilə nəticələnib. Qonşular arasında yaranan mübahisəyə bir qonşunun digər qonşunun həyətinə su buraxması səbəb olub.

Münaqişə zamanı 1960-cı il təvəllüdlü Salamova Elnaz Kərim qızı qonşusu və oğlu tərəfindən döyülüb. Xəsarət alan 59 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.