Sumqayıtda yanacaqdoldurma məntəqəsindən oğurluq olub

14:00 17.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda yanacaqdoldurma məntəqəsindən oğurluq olub.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər ərazindəki yanacaqdoldurma məntəqələrindən birinin ofisindən 2598 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nurəliyev saxlanılıb.

Oxunma sayı 631