Sumqayıtda yük maşınlarının iştirakı ilə 2 qəza baş verdi

18:08 21.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhəri ərazisində iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat daxil olub. Sumqayıt şəhəri ərazisində “İsuzu” markalı yük avtomobili yol kənarında dayanan “KamAZ” markalı maşına çırpılıb. Nəticədə iki nəfər “İsuzu” markalı maşında sıxılı vəziyyətdə qalıb.

Bundan başqa, şəhərdə VAZ markalı minik avtomobili və “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində bir nəfər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Sumqayıt Regional Mərkəzinin xilasediciləri hər üç şəxsi maşınlardan çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Oxunma sayı 243