“Sumqayıt”dan yeni transfer

19:08 11.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətini daha bir soydaşımızla gücləndirib.
 
Hafta.az xəbər verir ki, sözügedən klub əslən cənubi Azərbaycanlı olan hücumçu Mehdi Şərifi ilə 2 illik müqavilə imzalayıb. Güneyli soydaşımız "Sumqayıt"ın heyətində "70" nömrəli formada çıxış edəcək.
 
Qeyd edək ki, Mehdi Şərifi karyerası ərzində "Sepahan" (74 oyun, 27 qol), "Traktorsazi" (37 oyun, 4 qol) və son olaraq isə "Perspolis" (4 oyun) klublarının şərəfini qoruyub. 26 yaşlı futbolçu 2 dəfə İran çempionu (2014/15, 2018/19), 2 dəfə isə İran kubokunun qalibi olub (2012/13, 2018/19).