Suqovuşanın azadlığa qovuşması xəbəri Ankarada böyük coşqu ilə qarşılanıb

12:52 04.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ankarada Qarabağın işğaldan azadlığı naminə haqq mübarizəsi aparan Azərbaycan Ordusuna dəstək və xalqımızla həmrəylik məqsədilə konserti keçirilib. Şanlı Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Ağdərə rayonunun Suqovuşan bölgəsinin işğaldan azad olunması xəbəri tədbirdə böyük böyük izdiham yaradıb.

Hafta.az xəbər verir ki, tədbir ərzində “Bir millət, iki dövlət!” şüarı ilə başlanan birlik və həmrəylik çağırışları səslənib.

“Türkiyə-Azərbaycan dostluq konserti” adlandırılan bədii proqram Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Xalq Çalğı alətləri ansambllı tərəfindən birgə təşkil olunub. Təşkilatçı ansamblın bədii rəhbəri Cem Gurdal bildirib ki, bu tədbirin məqsədi Azərbaycan cəmiyyətindəki ruh yüksəkliyinə töhfə vermək, Azərbaycanın müzəffər Ordusunu alqışlamaq və uğurlar diləməkdir.

Azərbaycanın Xalq artisti, türk dünyasının sevimli müğənnisi Azərinin ifasında zəfər mahnıları ifa olunub. Azərbaycan-Türkiyə qardaşlığına, müzəffər Ordumuzun qalibiyyətinə dair şüarlar səslənib. Konsertdə Azərbaycan və Türkiyə başda olmaqla digər türk xalqlarının da mahnıları, rəqsləri ifa olunub.

Rəsmi şəxslər, diplomatlar, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri tədbir iştirakçılar arasında yer alıblar.

Oxunma sayı 2418
Mədəniyyət rubrikasından digər xəbərlər