Suriyada ASALA-nın varisi olan Ozanyan qrupu yaradılıb

14:58 17.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Suriyanın şimalında yerləşən Haseke rayonunda qurulan və Ermənistanın birbaşa dəstəklədiyi Nubar Ozanyan adlı erməni birliyinin qərargahının görüntüləri yayılıb.

Hafta.az yazır ki, Türkiyənin güney sərhədlərində mövqeyini gücləndirən və PKK ilə əməkdaşlıq edən həmin erməni birliyi, alınan məlumata görə, ilk yarandıqda 90 nəfərdən ibarət olub. Amma hazırda üzvlərinin sayı 500 nəfəri aşan təşkilat ciddi təhlükə mənbəyinə çevrilib. Kəşfiyyat məlumatlarına əsasən ilk olaraq Hasekede qurulan təşkilat qısa vaxtda Türkiyə sərhədlərinə yaxın yerləşən Qamışlı, Rəsulayn, Amudə, Təl Abyad və Aynularab bölgələrində də şöbələrini açacağını elan edib.

Bildirilir ki, sözügedən erməni təşkilatı ASALA-nın varisidir. Buna isbat olaraq göstərilir ki, Suriyada vətəndaş müharibəsi gedən dövr ərzində çox sayda suriyalı erməni bu təşkilatda cəmlənib. Üstəlik, məhz bu təşkilatın dəstəyi ilə 13 mindən artıq suriyalı erməni Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında, o cümlədən Qarabağda yerləşdirilib. Məlumatda o da deyilir ki, Ermənistandan göndərilmiş hərbi mütəxəssislər təşkilatın üzvlərinə təlimlər keçirlər.

Bu yerdə qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi və digər təhlükəsizlik qurumları Suriyadakı bu təşkilatın varlığını inkar etməyə çalışsa da, Ozanyan qurupu onları yalanlayıb. Hazırda qrupun ofisində Ermənistanın bayrağı dalğalanır və bütün toplantılarda da masaya məhz erməni bayrağı qoyulur.

Məlumatda deyilir ki, PKK ilə erməni qrupu arasında münasibətlər bununla qurtarmır. "PKK-nın Ermənistanın Azərbaycana qarşı apardığı müharibə zamanı Qarabağda ermənilərin yanında olduğunu görmüşük. PKK silahlıları Ermənistana Qəndil və Qamışlıdakı terror düşərgələrindən gizli yolla göndərilmişdilər. Ermənistandakı Sevan gölü ətrafında məhz PKK üçün qurulmuş Vardenes düşərgəsində 400 terrorçu təlim keçirdi. 

Siyasət rubrikasından digər xəbərlər