Tanınmış futbolçu karyerasını bitirdi

18:46 24.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İngiltərə millisinin sabiq futbolçusu Şon Rayt-Fillips karyerasını rəsmən başa vurub.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, bunu 37 yaşlı oyunçu özü açıqlayıb. İki ildi klubsuz qalan Fillips artıq futboldan birdəfəlik getmək qərarına gəlib. Onun son komandası "Finiks" olub.

Karyerası ərzində  "Mançester Siti", "Çelsi" kimi klubların da formasını geyinmiş Şon Rayt-Fillips ölkə daxili kubokların hamısını qazanıb.