Tarkandan qızına milyonluq hədiyyə

12:41 09.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Meqastar Tarkan qızı Liya üçün bank hesabı açdırıb.

Hafta.az-ın türk mətbuatına istinadən məlumatına görə, sənətçi iyul ayında bir yaşı tamam olan qızı üçün ad günü hədiyyəsi olaraq 1 milyon lirə yatırıb. Müğənni bundan sonra həmin hesaba sadəcə qızı üçün pul yatıracaq.

Ötən il Liya ilə daha çox vaxt keçirə bilmək üçün Harbiyədə konsertləri təxirə salan müğənni bu il ciddi hazırlıq içərisindədir. Onun bu konsert proqramlarından 6 milyon lirə qazanacağı bildirilir.