Taxta bazarında yanğın 1500 kvadratmetri əhatə edib - Nazir müavini

18:10 22.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bakının taxta bazarında baş verən yanğın təxminən 1500 kvadratmetr ərazini əhatə edib.

Bunu jurnalistlərə açıqlamasında hadisə yerində olan Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

Nazir müavini bildirib ki, hazırda yanğın davam edir: "Yanğın tam nəzarətdədir, ərazinin söndürülməsi işləri davam etdirilir. Yanğının söndürülməsinə təxminən 25-dən artıq texnika, 300-dən artıq canlı qüvvə cəlb olunub. Hazırda yanğının nədən baş verməsi araşdırılır".