“Təhlükəsizlik baxımdan Bakı ən uğurlu seçim idi” -  Naqif Həməzyev

15:31 11.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

NATO ilə Rusiya arasında danışıqlar üçün yenə Azərbaycan seçildi. İkitərəfli görüşün Bakıda keçirilməsi birinci dəfə deyil.

Hafta.az-a açıqlamasında bu görüşün növbədi dəfə Bakıda baş tutmasına münasibət bildirən millət vəkili Naqif  Həmzəyevin sözlərinə görə, baxmayaraq ki, Azərbaycanda Dağlıq Qarabağ problemi var, ölkəmiz sabitlik adasıdır:

“Azərbaycan Qafqazın və regionun aparıcı ölkəsidir. Möhtərəm Prezidentimizin apardığı uğurlu balanslaşdırılmış siyasət nəticəsində biz müxtəlif güclərlə müsbət münasibətlər qura bilmişik. Biz dəfələrlə şahid olmuşuq ki, müxtəlif dövlət liderlərinin ikitərəfli görüşü Bakıda olub. Bu isə Azərbaycanın xarici siyasətinin düzgün qurulması deməkdir. Azərbaycan Respublikası digər xarici dövlətlərdə özünə inam yarada bilib. Təhlükəsizlik baxımdan Bakı ən uğurlu seçim idi. Bakının seçilməsi bizdə təəccüb doğurmur, hər bir kəs də bunu artıq normal qarşılayır. İnanırıq ki, bu münasibətlərin nəticəsi olaraq regionun ən ağır problemi olan Qarabağ məsələsi öz həllini tapacaq”.

Siyasət rubrikasından digər xəbərlər