Təhsil naziri yüksək nəticə göstərən idmançılarla görüşüb

18:48 07.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 7-də Təhsil naziri Ceyhun Bayramov Gürcüstanın Batumi şəhərində keçirilmiş şahmat üzrə Avropa çempionatında və Çilinin paytaxtı Santyaqoda təşkil edilmiş karate üzrə yeniyetmə və gənclərin XI Dünya çempionatında uğurlu nəticə göstərən idmançılar və onların məşqçiləri ilə görüşüb.

Təhsil Nazirliyindən hafta.az-a bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən danışıb. O, şahmat üzrə Avropa çempionatında Ermənistan yığmasını məğlub edərək Azərbaycana bürünc medal qazandıran qadınlardan ibarət milli yığmanın üzvləri Günay Məmmədzadə, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova və Türkan Məmmədyarovanı, karate üzrə dünya çempionatının gümüş medalçısı Hüseyn Məmmədli və bürünc medalçısı Hüseyn Hüseynzadəni təbrik edib.

Ceyhun Bayramov idmançıların əldə etdiyi bu uğurların davamlı olacağına əminliyini bildirib.

Görüşdə qalib idmançılara Təhsil Nazirliyi tərəfindən hədiyyələr təqdim edilib.