Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinin fəaliyyəti müvəqqəti dayandırıldı

15:25 01.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi iyunun 15-dək fəaliyyətini dayandırıb.

Nazirlikdən Hafta.az-a bildirilib ki, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar, həmçinin Nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Qeyd edilib ki, rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Oxunma sayı 1421
Sosial rubrikasından digər xəbərlər