“Tək Aygün Attar deyil, bir çox müşahidəçilər normal, demokratik seçkilərin keçdiyini bildirdilər” – Aydın Mirzəzadə

17:28 14.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Seçkinin demokratikliyi bizə kiminsə hesabatında müsbət fikir yaranması üçün deyil, ilk növbədə dövlətimizin möhkəmliyi, inkişafımızın davamlı olması üçün lazımdır. Tək Aygün Attara deyil, digər xarici müşahidəçilər də Azərbaycanla bağlı göstərdiyi obyektiv münasibətə görə onlara öz təşəkkürümüzü bildiririk”.

Bunu hafta.az-a açıqlamasında YAP funksioneri, millət vəkili Aydın Mirzəzadə deyib. Aydın Mirzəzadənin sözlərinə görə, Aygün Attar Azərbaycanda keçirilən seçkilərə münasibət bildirib. Parlament seçkilərinin normal şəkildə keçdiyini deyib: “Beynəlxalq təşkilatların bu məsələdə Azərbaycana qarşı qərəzli münasibət göstərdiyini diqqətə çatdırıb. Bu, azərbaycanlı olsa da xarici ölkə vətəndaşının mövqeyidir. Tək Aygün Attar deyil, bir çox ölkələrin parlament seçkilərindəki müşahidəçiləri Azərbaycanda normal, demokratik seçkilərin keçdiyini bildirdilər. ATƏT və Avropa Şurasının birgə bəyanatında verilən fikirləri Azərbaycan ictimaiyyəti qəbul etmir. Hesab edirik ki, onların bu kimi bəyanatları qərəzlidir. Qeyri-obyektivdir. Onlar hər seçkidə Azərbaycana qarşı yönəlmiş mənfi bir fikri ortaya qoyurlar. Ancaq bununla belə Azərbaycan bu münasibətə baxmayaraq, hər seçkidə həmin təşkilatların nümayəndələri dəvət edir”.

Siyasət rubrikasından digər xəbərlər