Teledərslər bu tarixdə başa çatacaq - Rəsmi

14:39 03.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" proqramının başa çatacağı tarix açıqlanıb.

Hafta.az xəbər verir ki, Təhsil Nazirliyindən bildirilib ki, ümumtəhsil məktəbləri üçün teledərslər 12 iyun tarixində başa çatacaq.

Eyni zamanda qeyd edilib ki, yay tətilində “Virtual məktəb”də dərslər olmayacaq. Lakin müxtəlif öyrədici materialların portala yüklənməsi davam etdiriləcək.

 Qeyd edək ki, yay tətilinin vaxtında dəyişiklik olunması nəzərdə tutulmur.

Oxunma sayı 245
Sosial rubrikasından digər xəbərlər