Teledərslərin sentyabrın 16-sı üçün cədvəli açıqlanıb

21:48 15.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan "Dərs vaxtı" proqramının sentyabrın 16-sı üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir.

Əziz şagirdlər unutmayın ki teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.

Qeyd edək ki, "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.

Oxunma sayı 2269