Telekanallarda nöqsanların aradanqaldırılması üçün hansı işlər görülür? - Sorğu

16:19 07.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

“Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox təhrif olunan formada təqdim olunur”.

Bu sözləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda özəl televiziya kanallarındakı nöqsanlardan danışarkən deyib. O bildirib ki, reytinqi əsas tutaraq bütün işləri görmək çox ciddi nöqsanlara səbəb olur:

“Ümumiyyətlə, özəl televiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir”.

Televiziyya və radiolarda zaman-zaman aşkar olunan problemlər səsləndirilib, sosial şəbəkələrdə müzakirə olunub. Teletənqidçilər də bununla bağlı iradlarını bildiriblər. Bəs belə problemlərin həlli istiqamətində MTRŞ hansı işlər görür?

Hafta.az-ın sualına MTRŞ-nin sədr köməkçisi Fazil Novruzov aydınlıq gətirdi. Dedi ki, efirlərdə qanunvercilik hallarının pozulması halları aşkar olunursa biz ona qarşı mütəmadi tədbirlər görürük: ”Tövsiyyə xarakterli məktublarla və digər üsullarla bu tədbirlər həyata keçirilir. MTRŞ efirdə səslənən fikirlərə qanunvercilikdə nəzərdə tutulmuş qanunlarla cavab verir. Əgər pozulma halı olubsa, ona qarşı da tədbir görmüşük. Problem yoxdursa, aparıcılar kiminsə xoşuna gəlmirsə deyə ittiham etmək olmaz. Son zamanlar dərmanlarının reklam olunması ilə bağlı bir çox işlər görülüb. Şuranı nə hesab edirsiniz bilmirəm, şuranın öz qərarları var”.