Tərtər sakinlərindən odlu silah götürülüb

15:58 17.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərtər rayonunun Qapanlı kənd sakinləri E.Məmmədovun və R.Hümbətovun hər birindən 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qapanlı kənd sakinləri E.Məmmədovun və R.Hümbətovun yaşadıqları evlərə baxış zamanı hər birindən 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.