Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulacaq

11:48 19.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun bir çox ərazilərimizin, o cümlədən Suqovuşan kəndinin işğaldan azad olması və orada yerləşən su anbarından və hidroqovşaqdan əkin sahələrinə suyun verilməsi ölkədə böyük ruh yüksəkliyi yaradıb. 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən hafta.az-a verilən xəbərə görə, bunu nəzərə alaraq ölkə Prezidentinin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulmuş 22 ədəd hidroqovşaq, kollektor və suvarma kanallarında prioritet layihə olaraq Tərtərçay hidroqovşaq suvarma sisteminə daxil olan Tərtərçay Sol Sahil və Xanarx kanallarının  yenidən qurulması nəzərdə tutulur. 

Kanalların texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi üçün məsləhətçi layihə şirkətinin seçilməsi məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tender elanı verilib. 

Bu kanalların yenidən qurulması ilə Tərtər, Goranboy, Yevlax və Bərdə rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq.

Oxunma sayı 1234