Təxribat xarakterli hərəkətlər edənlər hər zaman ola bilər - Politoloq

13:21 15.07.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan-Ermənistan arasındakı gərginlikdən sonra Bakıda bir qrup şəxs mintiq keçirib. Bakı sakinləri həmrəylik nümayiş etdirmək üçün bir yerə toplaşıblar, vətən yolunda həyatını itirmiş şəhidlərimizin yanında olduqlarını bildirmək istəyiblər. Amma bu birlikdən, bu həmrəylikdən istifadə edən şəxslər də olub. Təxribatlara əl ataraq Milli Məclis və polis maşınlarına ciddi ziyan vurublar.

Son olaylar barədə hafta.az-a danışan politoloq Fikrət Sadiqov dedi ki, Ermənistanın təxribatı, işğalçı fikirləri açıq-aşkar göründü, bunun da cavabı hərbçilərimiz tərəfindən verildi:

"Ermənistan bu cavabı ola bilsin gözləmirdi. Onların daxili münasibətləri mürəkkəbdir. Daxildə reytinq qazanmaq üçün hər cür təxribat xatakterli hərəkətlər edirlər. Milləti inandırmaq istəyirlər. Onlar bu dəfə də Azərbaycanın genişmiqyaslı döyüş cavabını gördülər".

Politoloq hesab edir ki, vətənpərvər insanların bu həmrəyliyi alqışa layiqdir: "Cəbhədəki hərbiçilərimizin layiqli cavabı insanlarımız arasında rəğbətlə qarşılandı. Azərbaycan gəncləri şüarlarla küçələrə çıxdılar. O gənclər cəbhədə döyüşməyə belə hazırdırlar. Və bunu bir daha da göstərdilər. Azərbaycan vətəndaşının hərbçilərlə bir vəhdət olmasını gördük".

F. Sadiqov bu həmrəylikdən istifadə edib, təxribat xarakterli hərəkətlər edənlərin hər zaman ola biləcəyini deyir. Politoloq bildirir ki, müxtəlif ünsürlər var:

"O ünsürlər, o düşüncədə olan insanlar azlıq təşkil edir. Əgər nümayişə fikir versək görərik ki, əsas həmrəylik var idi. Kütlənin savadsız nümayəndələri də ola bilər. Onlar vəziyyətin ciddi olmasından xəbərsizdirlər. Belə vəziyyətlər tək bu gün deyil, əvvəllər də olub. Əsas biz həmrəylik göstərən vətənpərvər gənclərimizi dəstəkləməliyik".

Oxunma sayı 1685
Siyasət rubrikasından digər xəbərlər