Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbir görəcək - MM

13:09 15.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclis ötən gecə Bakıda Ordumuza dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və parlament binasının qarşısına toplaşan yürüş iştirakçılarının bir qrupunun təxribat törətmək cəhdinə münasibət bildirib.

Hafta.az-ın xəbərinə görə, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Ceyhun Əli bildirib ki, yürüşün keçirildiyi ərazidə toplaşan vətəndaşlardan bir qrupu  qanunsuz olaraq Milli Məclisin inzibatı binasına daxil olub və bir sıra dağıntılar törədib:

“Daha sonra polis onlara binanı tərk etmək üçün çağırış edib və oradan çıxarılıblar. Həmin qrup binadan çıxarılandam sonra sonra Milli Məclisin spikeri Sahibə Qafarova vəziyyətlə yerindəcə tanış olub. Fəsadların aradan qaldırılması üçün tapşırıq verilib".

Ceyhun Əli qeyd edib ki, Milli Məclisin mülkiyyətinə vurulan ziyan hesablanacaq və məlumat veriləcək:

"Bu qanunsuz olaraq binaya daxilolma cəhdidir. Bunun qarşısı polislər tərəfindən alınıb. Milli Məclis olaraq qətiyyətlə bildirik ki, xalqımız, dövlətimiz, ordumuz çətin vəziyyətdə təxribatçı qüvvələrə qarşı həssas yanaşmalıdır.Təxribat törədən qüvvələrə qarşı müvafiq qurumlar tərəfindən araşdırma aparılır".

Oxunma sayı 1976
Siyasət rubrikasından digər xəbərlər