Tovuz-Qazax-Ağstafa seçki dairəsində bir məntəqədə səsvermənin nəticəsi ləğv edildi

17:25 24.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Hafta.az-ın məlumatına görə, həmin dairədən deputatlığa namizəd Mütəllim Rəhimov MSK-ya müraciət edərək dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 21 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. R.İbrahimov həmin məntəqələrdə səsvermənin nəticəsinin ləğv edilməsni təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Siyasət rubrikasından digər xəbərlər