Tovuzda 2 yaşlı uşaq yanıq xəsarətləri alıb

17:26 16.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuzda azyaşlı yanıq xəsarətləri alıb.

Hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Kənd sakini, 2017-ci il təvəllüdlü Bədəlov Abduləli Həsən oğlu yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan APA-ya bildirilib ki, azyaşlının üzərinə ehtiyatsızlıqdan qaynar su tökülüb. Nəticədə uşağın kürək nahiyəsi yanıb.