“Toya 15 minə gedən müğənnidən 30 manat, çəkməçidən isə 5 manat vergi alınır…”

14:53 14.11.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Bəzi müğənnilər 10-15 min manata toylara gedirlər.  Bu cür müğənnilərdən 30 manat vergi alınmasının nəzərdə tutulması düzgün deyil…” 

Hafta.az-ın verdiyi xəbərə görə, bu sözləri  parlamentin plenar iclasında Vergi Məcəlləsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev söyləyib.

Parlament üzvü  çıxışında yalnız Prezidentin deyil, xalqın da İqtisadiyyat naziri Mikayıl Cabbarovdan gözləntisinin böyük olduğunu vurğulayaraq belə deyib: “Rayonlarda əksər insanlarda hələ də SSRİ istehsalı olan köhnə avtomobillər var… Buna görə də  rayonlarda sahibkarlığın inkişafı üçün addımlar atılmalıdır…” 

“Bəzi “talkuçkalar” var ki, onlar 100 milyon manatlarla vergidən yayınır. Buna nəzarət gücləndirilməlidir”- deyən Q.Həsənquliyev bəzi ticarət mərkəzlərinin vergidən yayınmalarını da diqqət mərkəzinə gətirib. 

Deputat vergidən yayınan və az vergi ödəyən sənətçiləri də hədəf alıb: “Bəzi müğənnilər 10-15 min manata toylara gedirlər. Bu cür müğənnilərdən 30 manat vergi alınmasının nəzərdə tutulması düzgün deyil. Çəkməçidən isə 5 manat vergi alınır…”