Traktorun qoşqusu və yaxınlıqda olan evin çardağı yanıb

20:30 16.06.2019
Yazını böyüt
Yazını kiçilt

Göyçay rayonunun Potu kəndində "T-28" markalı traktorun taxtadan ibarət qoşqusu və içərisinə yığılan 1 ton ot bağlaması yanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda olan birmərtəbəli evin çardağı 4 m² sahədə qarsalanıb. Traktor və ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı