Tramp prezidentliyə homoseksual namizədə səs verə biləcəyini dedi - Günün təzadları

18:16 14.02.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti D. Tramp  Saut-Bendin keçmiş meri, homoseksual olduğunu açıq şəkildə bildirən Pit Butticiçin  praymerizdəki (partiyadaxili seçkilərdə) müvəffəqiyyətindən sonra  gözlənilməz fikir söylədi.  Hafta.az  xəbər verir ki, Amerika lideri   “Fox News”a  müsahibəsində prezidentliyə  gey namizədə səs verməyə etiraz etməyəcəyini söyləyib.   ABŞ prezidentinə bu mövzuda sual Pit Butticiçin Ayovadakı kokus (partiyadaxili yığıncaq)  və Nyu-Hempşirdəki praymerizdə  uğur qazanmasına görə verilib. Qeyd edilir ki, cinsi azlıqlara mənsub olan sözügedən namizəd  bəhs edilən ştatlarda ənənəvi olaraq güclü mövqelərə sahib, 77 yaşlı mühafizəkar sosialist namizəd, yəhudimənşəli Berni Sandersi az qala qabaqlayıb.

 

Rusiyada muzeyin xəritəsində Qarabağ “müstəqil” göstərildi

Rusiyanın Tula şəhərindəki məşhur dövlət silah muzeyindəki  xəritədə Azərbaycan Respublikasının ermənilərə işğal etdiriilmiş əraziləri “öz sərhədləri”ndə göstərildi. Hafta.az xəbər verir ki, bu haqda sosial şəbəkələrin erməni seqmentində paylaşımlar edilib.  Kalaşnikov avtomat silahlarının planetə yayılma qrafikini təsvir edən dünya xəritəsində Dağlıq Qarabağ adlanan və işğal altındakı digər bölgələrimizi əhatə edən ərazi Azərbaycan Respublikası ilə Ermənistan arasında ayrıca sərhəd xətti ilə əhatələnib

 

Qutunu açarkən ölümcül infeksiyaya yoluxdu

ABŞ-ın Havay ştatının sakini Hizer Harbottl əşyalarını yerləşdirdiyi qutunu açarkən əlini yaraladı və nəticədə o, ölümcül infeksiyaya yoluxdu. Hafta.az Musavat.com-a istinadla  yazır ki, bu barədə “The Mirror” xəbər yayıb. Hizer yeni evinə köçəndə qutunu açarkən əlini kəsib. Həmin vaxt o, buna əhəmiyyət verməyib. Amma səhəri gün əlində möhkəm ağrı ilə oyanıb. Onun barmağı iltihablanıb və şişib. Harbottl xəstəxanaya yerləşdirilib. Məlum olub ki, o, bakterial stafilokok infeksiyasına yoluxub. Həkimlər ona nekrotik fastsiit – hüceyrələrin ölməsinə səbəb olan bakteriyal infeksiya diaqnozu qoyublar. Tibb işçilərinin proqnozu isə dəhşətli olub. Onlar bu infeksiyanın nəinki əlin amputasiyası, hətta ölümlə nəticələnə biləcəyini deyiblər. Qadına uzunmüddətli müalicə təyin olunub. Lakin bütün müdaxilələrə baxmayaraq, infeksiya onun çiyninə qədər yayılıb. Qadının vəziyyəti ağırlaşdığından dəri transplantasiyası əməliyyatı icra edilib. Bundan sonra Harbottlun vəziyyəti düzəlməyə başlayıb. Hazırda qadın əlinin fəaliyyətini bərpa etmək üçün terapiya ilə məşğul olur. O həmçinin, ictimaiyyəti nekrotik fastsiit barədə məlumatlandırmağa çalışır.

 

Antarktidada ilk dəfə 20 dərəcədən çox istilik qeydə alındı

Braziliyalı alimlər Antarktikada ilk dəfə müsbət 20,75 °C hava temperaturunu qeydə aldılar. Hafta.az-ın yazdığına görə, “Report” “Guardian”a istinadla xəbər verir ki, bu temperatur fevralın 9-u Antarktikanın Seymur adasında müəyyən edilib. Bu göstərici 1982-ci ildə Siqnü adasında qeydə alınan temperaturdan 1 dərəcə çoxdur. Nəşrin məlumatına görə, Ümumdünya Meteorologiya Təşkilatı alınmış göstəriciləri hələlik təsdiqləməyib. Xatırladaq ki, fevralın 6-da Antarktidanın “Esperansa” stansiyasında müsbət 18 °C qeyd edilmişdi.

 

Maliyyə naziri istefa verdi

Böyük Britaniyanın maliyyə naziri Sacid Cavid hökumətdəki dəyişikliklər çərçivəsində istefa verdi. Hafta.az xəbər verir ki, Yeni maliyyə naziri kimi Rişi Sunakın təyin ediləcəyi gözlənilir. Qeyd edək ki,  ötən cümə axşamı Britaniyanın baş naziri Boris Conson hökumətdə dəyişikliklər həyata keçirib. Nazirlər Kabinetinin yeni tərkibi fevralın 14-də keçirilmiş iclasda bir araya gəlib.