Tunis parlament seçkilərində səsvermə başa çatıb

23:00 06.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tunisdə keçirilən parlament seçkiləri üçün səsvermə başa çatıb.

Hafta.az xəbər verir ki, səsvermə 33 seçki dairəsində aparılıb. Bunlardan da 27-si ölkə ərazisində yerləşir. Ümumilikdə 217 yer uğrunda 15 mindən çox namizəd mübarizə aparıb. “Ümumilikdə 7 milyondan çox Tunis vətəndaşı dövlət başçısı postuna namizədlərə səs verə bilib.

217 yerlik Xalq Nümayəndələri Assambleyasında deputat vəzifələrinə 15,3 mindən çox namizəd qeydə alınıb.

Qeyd edək ki, “Ərəb baharı” prosesi zamanı Zeynel Abidin Bin Əlinin devrilməsindən sonra ölkədə üçüncü dəfə səsvermə prosesi təşkil olunub.