Türk idmançıları aparan mikroavtobus aşıb

18:00 01.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin “Ordu gənclər birliyi” qadın həndbol komandasını Yozqata aparan mikroavtobus dərəyə aşıb.

AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində bir nəfər həlak olub, 15 nəfər yaralanıb.

Qeyd edək ki, həndbol üzrə 2-ci liqa təmsilçisi olan komanda növbəti oyun üçün Yozqata gedirdi.