Türk Şurasına sədrlik Azərbaycana keçdi

12:41 14.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Azərbaycana keçir.

Hafta.az xəbər verir ki, bu barədə Şuranın xarici işlər nazirlərinin Bakıda keçirilən 7-ci iclasında Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov bildirib.

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. İlk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir.

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub.

Oxunma sayı 23
Siyasət rubrikasından digər xəbərlər