Türk Şurasına üzv ölkələr arasında ticarət 

13:07 21.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının - Türk Şurasının Bakıda keçirilən 7-ci Zirvəsindən sonra Türkiyə Statistika Qurumu (TÜİK) iqtisadi-ticarət müstəvisində maraqlı cədvəl tərtib edib.

Hafta.az yazır ki, TÜİK həmin cədvələ əsasən 2014-2018-ci illər ərzində, Türkiyə ilə Türk Şurasına üzv ölkələr arasında olan ticarətin illər üzrə həcmini hesablayıb. Məlum olub ki, qeyd olunan 5 il ərzində Türkiyənin adıçəkilən ölkələrlə - Azərbaycan, Qazaxıstan, Qırğızstan, Özbəkistan və hazırda qurumda müşahidəçi statusunda təmsil olunan Türkmənistanla toplam 38 milyard 947 milyon dollar həcmində ticarəti reallaşıb. Bunun 24 milyard 519 milyon dollarlıq qismi Türkiyədən həmin ölkələrə ixracatın, qalan 14 milyard 428 milyon dolları idxalın payına düşür.

TÜİK-in məlumatında deyilir ki, bu 5 il ərzində Türkiyə, Türk Şurası ölkələri arasında ən çox Azərbaycanla ticarət edib. Yəni qeyd edilən məbləğin 8 milyard 889 milyon dollarlıq qismi məhz Azərbaycanla idxal-ixrac proseslərinə aiddir. Siyahıda ikinci yerdə gələn Türkmənistanla Türkiyənin ticarət əlaqələrinin həcmi 5 il ərzində 6 milyard 835 milyon dollar, Qazaxıstanla 3 milyard 792 milyon dollar, Özbəkistanla 3 milyard 256 milyon dollar və Qırğızıstanla 1 milyard 745 milyon dollar olub. 

Amma nəticələrdən təəssüflənmək lazımdır. Çünki 2014-cü ildən sonra türkiyə ilə Türk Şurası ölkələri arasında ticarətin həcmi sürətlə azalmağa başlayıb. Məsələn, Türkiyədən Türk Şurası ölkələrinə ixracın həcmi 2014-cü ildə ümumilikdə 7 milyard 107 milyon, 2015-ci ildə 5 milyard 289 milyon, 2016-cı ildə 3 milyar 992 milyon, 2017-ci ildə 4 milyar 164 milyon və nəhayət 2018-ci ildə 3 milyard 965 milyon dollar olub.

İndi də konkret ölkələrlə ticarətin həcminə nəzər salaq:

Azərbaycanla əlaqələr - 2014-cü ildə 2 milyard 874 milyon 608 milyon, 2015-ci ildə 1 milyard 898 milyon 520 min, 2016-cı ildə 1 milyard 285 milyon 127 min, 2017-ci ildə 1 milyard 357 milyon və 2018-ci ildə 1 milyard 474 milyon 331 min dollar.

Türkmənistanla əlaqələr - 2014-cü ildə 2 milyard 231 milyon 246 min, 2015-ci ildə 1 milyard 857 milyon 843 min, 2016-cı ildə 1 milyard 241 milyon 470 min, 2017-ci ildə 1 milyard 38 milyon və 2018-ci ildə 467 milyon 169 min dollar.

Qazaxıstanla əlaqələr - 2014-cü ildə 977 milyon 488 min, 2015-ci ildə 750 milyon, 2016-cı ildə 623 milyon 715 min, 2017-ci ildə 746 milyon 245 min və 2018-ci ildə 695 milyon 266 min dollar.

Özbəkistanla əlaqələr - 2014-cü ildə 603 milyon, 2015-ci ildə 488 milyon 580 min, 2016-cı ildə 533 milyon, 2017-ci ildə 680 milyon 105 min və 2018-ci ildə 951 milyon 458 min dollar.

Qırğızıstanla əlaqələr - 2014-cü ildə 421 milyon 431 min, 2015-ci ildə 294 milyon 702 min, 2016-cı ildə 308 milyon 933 min, 2017-ci ildə 343 milyon 600 milyon və 2018-ci ildə 377 milyon 73 min dollar. 

Bu yerdə, Azərbaycanın da eyni cür Türk Şurası ölkələri ilə qeyd olunan illər ərzində ticarətinin həcminə nəzər salaq.

Qazaxıstanla əlaqələr – 2014-cü ildə 250 milyon 896 min, 2015-ci ildə 116 milyon 884 min, 2016-cı ildə 124 milyon 391 min,  2017-ci ildə 142 milyon 100 min və 2019-ci ildə 220 milyon 790 min dollar.

Qırğızıstanla əlaqələr – 2014-cü ildə 27 milyon 503 min, 2015-ci ildə 8 milyon 165 min, 2016-cı ildə 6 milyon 725 min, 2017-ci ildə 1 milyon 760 min və 2019-ci ildə 6 milyon 83 min dollar.

Özbəkistanla əlaqələr – 2014-cü ildə 61 milyon 512 min, 2015-ci ildə 17 milyon 42 min, 2016-cı ildə 15 milyon 330 min, 2017-ci ildə 30 milyon və 2019-ci ildə 43 milyon 949 min dollar.

Türkmənistanla əklaqələr – 2014-cü ildə 51 milyon 201 min, 2015-ci ildə 52 milyon 434 min, 2016-cı ildə 152 milyon 276 min, 2017-ci ildə 164 milyon 136 min və 2019-ci ildə 133 milyon 152 min dollar.