Türk Şurasının Budapeşt Ofisində Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb

23:22 01.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 29-da Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanla birlikdə Türk Şurasının Budapeşt Ofisini ziyarət edib.

Hafta.az-ın məlumatına görə, Ofisdə Türk Şurasının Baş katibi Bağdad Amreyevin də iştirakı ilə üçtərəfli görüş keçirilib.

Tərəflər görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıb və münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həllinin əhəmiyyəti ilə bağlı mövqelərini bir daha təkrarlayıblar.

Oxunma sayı 381
Siyasət rubrikasından digər xəbərlər