Türk Şurasının növbəti Zirvə Görüşü Türkiyədə keçiriləcək

15:10 15.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) növbəti Zirvə Görüşü gələn il Türkiyədə keçiriləcək.  

Hafta.az xəbər verir ki, bu barədə Türk Şurasının Bakıda keçirilən VII Zirvə toplantısında çıxışı zamanı Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan bildirib.
 

Şuranın VIII sammitinin Türkiyədə keçirilməsi təklifi ilə Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib. İclasda iştirak edən dövlət başçıları təkliflə razılaşıblar və müvafiq qərar qəbul edilib.  

Siyasət rubrikasından digər xəbərlər