Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib

15:49 09.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə, eyni zamanda ölkələrimiz arasında bağlanmış ikitərəfli Sazişin tələblərinin icrası ilə bağlı paytaxt Bakıda Azərbaycan-Türkiyə Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən hafta.az-a verilən məlumata görə, Türkiyə nümayəndə heyətinə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Avtomobil Daşımalarının Tənzimlənməsi Baş İdarəsinin rəisi Mahmut Gürses, Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov rəhbərlik edib.

İclasda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, ticarət əlaqələri üzrə və hər iki ölkənin avtodaşıyıcıları tərəfindən "İcazə" blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları müzakirə edilib. Bundan başqa, "Bakı-İstanbul-Bakı" sərnişindaşıma marşrutlarında iştirak edən avtobusların sayı ilə əlaqədar paritetliyin gözlənilməsi, "Bakı-Tbilisi-Qars" dəmir yolunun istifadəyə verilməsi ilə bağlı qarşıda duran məsələlər, 25 ildən artıq müddət ərzində "mühasirə" şəraitində yaşayan və fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının avtodaşıyıcılarının Türkiyə ərazisi ilə Gürcüstana və digər ölkələrə səfəri zamanı əlverişli şəraitin yaradılması, 2020-ci ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılaraq, müvafiq Protokol imzalanıb.

Oxunma sayı 26
Siyasət rubrikasından digər xəbərlər