Türkiyə əhalisinin əksəriyyəti Azərbaycanın dost ölkə olduğunu deyir

16:10 17.01.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Public Status" Araşdırma və Sözçülük Xidmətləri tərəfindən 13-16 yanvar tarixlərində, Türkiyənin 25 vilayətində yaşayan 2275 nəfər arasında keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb.

Hafta.az yazır ki, respondentlərə "Türkiyənin dostu deyilərkən ilk ağla gələn ölkə hansıdır" sualı verilib. İnsanların əksəriyyəti Azərbaycanı qardaş ölkə olaraq qiymətləndirib. Təxminən 32,11 faiz respondent Azərbaycanın adını çəkib. 

Siyahıda ikinci və üçüncü yerləri Qətər və Rusiya tutub. Respondentlərin 14,61 faizi Qətəri, 13,58 faizi isə Rusiyanı dost ölkə adlandırıb.

Maraqlıdır ki, "Yavru vətən" adlandırılan Şimali Kipr türk Cümhuriyyətinin dost olduğunu rəyi soruşulanların cəmi 7,19 faizi deyib.

Oxunma sayı 514