Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılacaq

14:49 10.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılacaq.

Trend-in məlumatına görə, bunu Türkiyə Hava Limanları Baş İdarəsinin rəhbəri Hüseyn Kəskin deyib.

O bildirib ki, hava dəhlizi bu il avqustun 15-də açılacaq.

H.Kəskin qeyd edib ki, bununla bağlı razılaşma Hava Limanları Baş İdarəsi ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında danışıqlardan sonra əldə olunub: “Bununla da, əvvəllər İran üzərindən həyata keçirilən Naxçıvan reysləri birbaşa dəhliz vasitəsilə baş tutacaq”.