Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azaldı

17:34 27.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,385 milyard ABŞ dolları, yaxud 1,3% azalaraq 102,671 milyard ABŞ dolları təşkil edib.

Hafta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 29,652 milyard dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,067 milyon ABŞ dolları, yaxud 3,7% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,452 milyard ABŞ dolları, yaxud 3,2% azalaraq 73,019 milyard ABŞ dolları təşkil edib.

Siyasət rubrikasından digər xəbərlər