Türkiyə ordusu şəhid verib

14:53 04.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Silahlı Qüvvələrinin Mardin bölgəsindəki hərbi birlikləri yol təhlükəsizliyi üçün nəzarət işləri apararkən PKK mənsubları tərəfindən əvvəlcədən basdırılmış əldədüzəltmə bomba partlayıb. 

Hafta.az xəbər verir ki, partlayış nəticəsində üç hərbçi yaralanıb. Xəstəxanaya çatdırılan hərbçilərdən birinin həyatını xilas etmək mümkün olmayıb. Terror aktı ilə əlaqədar bölgədə antiterror əməliyyatı gücləndirilib.