Foto fakt - da bu gün

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt

Bəylər məscidi uça bilər

Öz qədimliyi ilə seçilən İçərişəhərdə bərpa işləri aparılsa da, ciddi problemləri olan abidələr kifayət qədərdir. Məsələn, burada elə qədim tikililər var ki, təcili tədbirlər görülməsə məsələ daha da acınacaqlı ola bilər. Məsələn, 3-cü Maqomayev döngəsinə çıxan daş pilləkənlər və divarın daşları bünövrədən uçub tökülür. Bundan əlavə, həmin əraziyə yaxın 1-ci İlyas Əfəndiyev döngəsində yerləşən Bəylər məscidinin divarlarının daşları da bir neçə yerdən uçub. Hətta məscidə bitişik köhnə evlər artıq qəzalı durumdadır. Əgər qısa vaxtda tədbir görülməsə həmin evlər, o cümlədən adıçəkilən məscid uça bilər. Sakinlərin dediyinə görə, bərpa adıyla məscidin fəaliyyətini dayandırıblar. Amma xeyli müddət keçsə də, məsciddə bərpa işlərinə başlanılmayıb. Bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura İdarəsindən isə heç bir məlumat ala bilmədik.
Qələndər Xaçınçaylı
Oxunma sayı 33