Türkiyə sahillərində zəlzələ olub

10:30 27.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə sahillərində 3,6 bal gücündə zəlzələ baş verib.

Hafta.az türk mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 04.59-da Aralıq dənizində qeydə alınıb. Zəlzələ ən çox Muğla vilayətində hiss edilib.

Mümkün dağıntı və tələfat barədə məlumat verilməyib.