Türkiyədə 3,1 bal gücündə zəlzələ

12:00 16.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Malatya vilayətində 3.1 bal gücündə zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, zəlzələ yerli vaxtla saat 03:12-də qeydə alınıb. Zəlzələnin episentri Arguvan bölgəsində yerləşib.

Yeraltı təkanların episentri 3,3 kilometr dərinlikdə yerləşib.

Hazırda dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.