Türkiyədə 5 bal gücündə zəlzələ baş verib

11:56 03.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Akdeniz bölgəsində Fethiy-Rodos arasında 5 bal gücündə zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, yerli vaxtla saat 07:44-də qeydə alınan yeraltı təkanların ocağı dənizin 6 kilometr dərinliyindədir.

İlkin məlumatda xəsarət alanlar və dağıntıların olmadığı bildirilir.