Türkiyədə İŞİD terrorçuları həbs olunub

14:52 15.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin təhlükəsizlik qüvvələri İŞİD terror təşkilatına qarşı daha bir uğurlu antiterror əməliyyatı keçirib.

AZƏRTAC xəbər verir ki, İŞİD-lə əlaqəli olduqları aşkarlanan 10 nəfər Ankarada, 4 şübhəli isə Samsunda həbs olunub. Tutulanlar xarici vətəndaşlardır. Onların öz ölkələrinə deportasiya olunması üçün miqrasiya idarələrinə təhvil verildikləri bildirilir.